18 iyun 1989-cu ildə Şahbuz rayonunda anadan olmuşdur. 1995-ci ildə Naxcıvan şəhər Qambay Vəzirov adına 6 saylı tam orta məktəbinin 1-ci sinifinə daxil olmuşdur. Aşur hələ uşaqlıq illərindən hərb sənətinə böyük maraq göstərirdi. Məhz buna görə də 2003-cü ildən orta təhsilinin qalan hissəsini Heydər Əliyev adına Hərbi liseydə davam etdirmişdir. Liseyi bitirdikdən sonra 2006-cı ildə Milli Təhlükəsizlik Nazirliyinin H.Əliyev adına Akademiyasına daxil olmuşdur. 2010-cu ildə həmin akademiyanı “İnzibati idarəetmə, sərhəd qoşunları komanda-taktiki” ixtisası üzrə uğurla bitirmiş və öz təyinatını Lənkəran sərhəd dəstəsinə almışdır. 2010-2019-cu illər ərzində Lənkəran sərhəd dəstəsində müxtəlif vəzifələrdə xidmət edərkən öz intizamı, əməksevərliyi ilə fərqlənmiş, əməliyyat şəraiti çətin olan ucqar dağ sərhəd zastavalarında sərhədin mühafizəsində uğurlar qazanmışdır. 2019-cu ildən xidmət yeri Sərhəd Qoşunlarının Qazax əlahiddə sərhəd diviziyasına kəşfiyyat bölüyünün komandiri vəzifəsinə dəyişdirilmişdir. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanan Aşur Füzuli və Cəbrayıl istiqamətində döyüşlərdə, Zəngilan şəhərinin azad ollunmasında yaxından iştirak etmiş və fərqləndiyinə görə xüsusi qeyd edilmişdir. 21 oktyabr 2020-ci ildə Zəngilan şəhərində düşmənin əks hucumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi, 3 övladı var. Kapitan Cəmiyev Aşur Bəybala oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 24 oktyabr 2020-ci ildə Naxçıvan şəhərində Şəhidlər xiyabanında dəfn olunub.
26 dekabr 1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Binəqədi rayonu Biləcəri qəsəbəsində 297 nömrəli məktəbin birinci sinfinə daxil olan olan Nicat sonradan orta təhsilini Bakı şəhəri Yasamal rayonu fizika-riyaziyyat-informatika liseyində davam etdirmişdir.
2009-cu ildən isə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində öz təhsilini davam etdirərək 2011-ci ildə oranı uğurla başa vurmuşdur. Təhsilini bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanan Nicat 2011-ci ilin iyul ayından 2013-cü ilin yanvar ayına qədər həqiqi hərbi xidmətini Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Beyləqan rayonu 2-ci Şahsevən kəndində yerləşən sərhəd zastavasında keçib.
Hərb sənəti olan marağı onu yenidən ordu sıralarına qayıtmağa sövq etmişdir. Məhz bu maraq onu 2015-ci ildə Dövlət Sərhəd Xidməti sıralarına gətirdi, bu zaman o növbəti xidmətini Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən hərbi hissəsində kiçik gizir hərbi rütbəsində xidmətə davam etməyə başlamışdır. 2016-cı ilin aprel döyüşlərində iştirak etmişdir. Hər zaman öz davranışı və intizmı ilə seçilən Nicat Çevik Hərkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında taqım komandirinin müavini vəzifəsində də bir sıra uğurlara imza atmışdır. Tabeliyində olan şəxsi heyətə daim qayğı göstərən Nicat, eyni zamanda özünün də peşəkarlığının artırılmasəna xüsusi fikir verirdi.
44 günlük Vətən müharibəsi dövründə özünü əsl qəhrəman kimi göstərən Nicat döyüş yoldaşları ilə birlikdə Ağdam, Qubadlı, Cəbrayıl, Zəngilan döyüşlərində iştirak etmişdir. 22 oktyabr 2020-ci il tarixdə İran İslam respublikası ilə dövlət sərhədi tam bərpa olunduqdan sonra Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən Sığırd yüksəkliyinin azad olunması uğrunda gedən döyüşlərdə bölükləri ilə birlikdə düşmən pusqusuna düşmüş, yaralanmağına baxmayaraq 2 saat ərzində düşmənlə mətinliklə döyüşmüş, yoldaşlarının pusqudan çıxmasına şərait yaratmış, yüksəkliyinin azad olunmasında əsl rəşadət göstərmiş və qəhrəmancasına şəhid oldmuşdur.
Gizir Səmədov Nicat Şahin oğlu subay idi. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə də təltif olunmuşdur. 29 oktyabr 2020-ci il tarixdə Binəqədi rayonu Sulutəpə qəsəbəsində dəfn edilib.
6 dekabr 1992-ci ildə Bakı şəhərində anadan olmuşdiur. Orta təhsilini 1999-2010-cu illərdə Bakı şəhəri Xətai rayonu 27 saylı məktəbində alan Rüfət 2014-cü ildə Azərbaycan Kooperasiya Üniversitetində İstehlak mallarının ekspertizası və marketinqi ixtisası üzrə ali təhsil almışdır. 2014-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Dövlət Sərhəd Xidmətində xidmətə qəbul olunan Rüfətin aldığı ali təhsil qısa müddətdə hərb sənətinin incəliklərinə yiyələnməsinə kömək etdi. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatıldı. Füzuli və Cəbrayılın bir sıra yaşayış məntəqələrinin azad olunmasında yaxından iştirak etdi. Bu döyüşlərdə bir neçə halda yaralı yoldaşlarını döyüş meydanından çıxardaraq onların həyatını xilas etdi. Zəngilan şəhərinin azad olunması uğrunda döyüşlərdə Rüfət şəxsi fədakarlıq göstərmiş, xeyli sayda düşmən əsgərini məhv etmişdir.
Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra İran İslam Respublikası dövlət sərhədinin təhlükəsizliyini təmin etmək üçün Ermənistanla dövlət sərhədində yerləşən strateji yüksəliklərin azad olunması mühüm əhəmiyyət daşıyırdı. Rüfətin də qatıldığı gərgin döyüşlərin nəticəsində həmin yüksəkliklər bir-bir düşməndən azad olundu. Böyük Zəfərə iki gün qalmış noyabrın 7-də dövlət sərhədinin üzərində yerləşən 812.0 yüksəkliyi uğrunda döyüşdə gizir Əliyev Rüfət şəhidlik zirvəsinə ucaldı.
Gizir Əliyev Rüfət Füzuli oğlu ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
8 noyabr 2020-ci ildə Bakı şəhərində Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilmişdir.
1 iyun 1997-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 2004-cü ildə həmin kənddə Emin Qurbanov adına orta məktəbin 1-ci sinifə daxil olan Elcan sonradan öz təhsilini Qazax rayonunda yerləşən Texniki Kollecdə davam etdirmişdir. 2015-ci oldə həmin kolleci müvəffəqiyyətlə bitirən Elcan müddətli həqiqi hərbi xidmətə yollandı. 2016-2018-ciillərdə Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsində müddətli həqiqi hərbi xidmətdə olan Elcan əsgər və zabitlərin böyük hörmətini qazanmışdır. Sərhədçi peşəsinə maraq göstərən Elcan xidmətini başa vurduqdan sonra 22.06.2019-cu ildə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olundu. 4 aylıq hazırlıq kursunu müvəffəqiyyətlə başa vuran Elcan Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında xidmətə başladı. Xidmət etdiyi dövrdə müxtəlif vəzifələrin öhdəsindən məharətlə gələn Elcan öz intizamı və çalışqanlığı ilə seçilirdi. Vətən müharibəsi başlayanda Elcan da digər sərhədçi yoldaşları kimi ön cəbhəyə yollandı. Füzuli və Cəbrayıl istiqamətlərində ağır döyüşlərdə iştirak etdi. Ancaq, təssüf ki, Elcanın döyüş yolu qısa oldu. Oktyabrın 9-da Xocavənd rayonu Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Subay idi. Kiçik gizir Namazov Elcan Hidayyət oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medallarıilə təltif olunmuşdur. 16 oktyabr 2020-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində dəfn olunub.
1 dekabr 1997-ci ildə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olmuşdur. 2004-2015-ci illərdə Laçın rayonunun Bayram Məmmədov adına orta məktəbində təhsil almışdır. 2015-ci ildə Bakı Biznes Universitetine daxil olan 2017-ci ildə təhsilini müvəqqəti dayandıraraq hərbi xidmətə yollanmışdır. İlkin müddətli həqiqi hərbi xidmətini Dövlət Sərhəd Xidmətinın Sərhəd Qoşunlarının Zaqatala sərhəd dəstəsində keçmişdir. Əsgərliyi başa vurduqdan sonra İlkin peşəkar sərhədçi olmaq qərarına gəlir 24.04.2020-ci il tarixdən Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunur. Vətən müharibəsi başlayanda İlkin Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında istehkamçı-minaaxtaran vəzifəsində xidmətə edirdi. İlkin 1-ci çevik hərəkət taborunda xidmət etdiyi müddətdə intizamlı olmuş, üzərinə düşən vəzifələrin öhdəsindən laiqincə gəlmişdir. Doğma Laçının timsalında digər işğal altında olan torpaqlarımızın azad olunması onun ən böyük arzusu idi. Buna görə də İlkin müharibə başlayan kimi dərhal ön cəbhəyə yollandı. Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edən İlkin, Zəngilan şəhəri və ətraf ərazilərin, İran İslam Respublikası ilə dövlət sərhədinin işğaldan azad olunmasında rəşadət göstərmişdir. Oktyabrın 22-də Zəngilan rayonu ərazisində Sığırd yuksəkliyinin azad olunması uğrunda döyüşdə başından qəlpə yarası alan İlkini xilas etmək mümkün olmadı və o qəhrəmancasına şəhid oldu. Subay idi. Kiçik gizir Xosrovzadə İlkin Azay oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 25 oktyabr 2020-ci il tarixdə Sulutəpə qəsəbəsində dəfn edilib.
6 oktyabr 1997-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə həmin kəndin Nizami Gəncəvi adına tam orta məktəbində təhsil almışdır. 2019-cu il oktyabr ayında Dövlət Sərhəd Xidmətinin sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Əsgər Quliyev Mehtab Ənvər oğlu Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında qumbaraatan vəzifəsində xidməti zamanı nizamnamələrin tələblərinə riayət etmiş, yüksək intizamı, çalışqanlığı və yardımsevərliyi ilə fərqlənmişdir. Sərhədçi peşəsinə olan marağı onun gələcək arzularından xəbər verirdi. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Mehtab da digər əsgər yoldaşları kimi ön cəbhəyə yollandı.
Komandirləri tərəfindən ona verilən tapşırıqları uğurla yerinə yetirən Mehtab bir neçə dəfə həyatını riskə ataraq yaralı yoldaşlarını döyüş meydanından çıxarmışdır.
O, Zəngiilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən yüksəkliklərin düşməndən azad olunması uğrunda döyüşlərdə xüsusi rəşadət göstərmişdir. Belə döyüşlərdən birində – azad edilmiş 1117.0 yüksəkliyinə düşmənin əks hucumunun qarşısını alarkən 1 noyabr 2020-ci il tarixdə Mehtab qəhrəmancasına şəhid olmuşdur.
Əsgər Quliyev Mehtab Ənvər oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
3 noyabr 2020-ci il tarixdə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində dəfn edilmişdir.
Subay idi.