+
-
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Quliyev Elçin İsağa oğlu.
fs
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Quliyev Elçin İsağa oğlu.

22 sentyabr 1967-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1988-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirmişdir. 

1988-ci ildən həqiqi hərbi xidmətdədir. 1988-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində müxtəlif zabit vəzifələrində xidmət etmiş, 1992-ci ildə Xudat əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996-2001-ci illərdə Xudat sərhəd dəstəsinin rəisi vəzifələrində çalışmışdır. 

Azərbaycan Respublikasının Prezidentinin 27 mart 2001-ci il tarixli 450 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli təhlükəsizlik nazirini müavini – Sərhəd Qoşunlarının Komandanı təyin edilmişdir. 

Azərbaycan Respublikasının Prezidentinin 31 iyul 2002-ci il tarixli 743 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı təyin edilmişdir. 

Azərbaycan Respublikasının Prezidentinin 5 iyun 2017-ci il tarixli 2960 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilmişdir. 

Azərbaycan Respublikasının Prezidentinin 15 avqust 2001-ci il tarixli 556 nömrəli Fərmanı ilə general-mayor, 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə general-leytenant, 15 avqust 2014-cü il tarixli 683 nömrəli Sərəncamı ilə general-polkovnik hərbi rütbəsi verilmişdir. 

Ailəlidir. Dörd övladı var.