+
-
05.08.2013
05.08.2013- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Rusiya Federasiyası FTX-nin Sərhəd Xidməti arasında dövlət sərhədinin etibarlı mühafizəsinə dair razılaşmaya əsasən qarşılıqlı məlumat mübadiləsi nəticəsində keçirilmiş birgə sərhəd axtarışı zamanı 30 iyul 2013-cü il tarixdə Qusar rayon Yuxarı Zeyxuroba kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Rusiya Federasiyası istiqamətindən dövlət sərhədini pozmuş 1967-ci il təvəllüdlü Əhmədov Ramiz Tahir oğlu Azərbaycan sərhədçiləri  tərəfindən saxlanılmışdır.

Hazırda fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

                                                                                                                    

                                                                           Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw