+
-
24.12.2018
24.12.2018, 10:30- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qey­ri-qanuni miqrasiyaya qarşı mübarizə istiqamətində tədbirlər davam etdirilir.

Dekabr ayının 20-də Yardımlı rayonu Deman kəndi ərazisində İran İslam Res­publikasından Azərbaycan Respublikasına dövlət sərhədindən külli miqdarda nar­kotik vasitələrin keçirilməsinin qarşısı alınmışdır. Qaçaqmalçılar gətirdikləri malı ataraq geri qaçmışlar. Xidməti sahədən qaçaq­mal­çılara məxsus 6 kq 580 qram marixuana və 70 qram heroin götürülmüşdür.

Dekabr ayının 20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublika­sından İran İslam Respublikası istiqamərində dövlət sərhədini pozaraq keçməyə cəhd göstərən Özbəkistan vətəndaşı 1982-ci il təvəllüdlü Sadiqova Dilbər Daminovna saxlanılmışdır.

Dekabr ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sər­həd dəstəsinin Füzuli rayonu Babı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində keçirilmiş tədbirlər nəticəsində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Banqladeş Xalq Respublikası vətəndaşları 1993-cü il təvəllüdlü Rubel İmya Abdulmanan və 1996-cı il təvəllüdlü İslam Ariful Abdulla saxlanılmışlar. Araşdırma zamanı Banqladeş Xalq Respublikası vətəndaşlarının yeddi ay əvvəl Azərbaycana rəsmi qaydada gəlmələri və dövlət sərhədini pozmaqda məqsədlərinin İrana, oradan isə qeyri-qanuni yolla Türkiyəyə miqrasiya etmək olmuşdur.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Dövət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw