+
-
06.08.2018
06.08.2018 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sər­­hədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində təd­birlər da­vam et­dirilir.

Qeyd edilən tədbirlər sırasında hüquq-mühafizə orqanları tərəfin­dən barəsində axtarış elan olunmuş şəxslərin ölkəyə gələrkən və ölkədən gedərkən dövlət sərhədindən buraxılış məntəqələrində aşkar­lanması mühüm əhəmiyyət kəsb edir. Təkcə 2018-ci il ərzində bu kateqoriyadan olan 3811 nəfər şəxs dövlət sərhədində saxlanılaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

2018-ci ilin avqust ayının 1-də Gəncə hadisələrinin aktiv işti­rak­çısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Azərbaycan Res­publikasının vətəndaşı 27.02.1994-cü il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov İsmayıl Kamil oğlu “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisindən Gürcüstana gedərkən saxlanılmış və aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilmişdir.

 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw