+
-
12.11.2015
12.11.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Noyabr ayının 12-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında Ümummilli Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və müəllifliyi ilə hazırlanmış ilk milli Konstitusiyamızın 20 illiyi münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri, millət vəkili Əli Hüseynli iştirak etmişlər.

Konstitusiyamızın ölkəmizdə güclü demokratik dövlətin qurulmasına, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına əsaslı zəmin yaratması, müstəqil dövlətçilik tariximizdə yeni mərhələnin başlanmasını təmin etməsi, ictimai-siyasi həyatımızın bütün sahələrində dinamik inkişafa güclü təkan verməsi qeyd edilmişdir. Tədbirdə vurğulanmışdır ki, Əsas Qanunumuzun yaratdığı geniş imkanlardan bəhrələnən xalqımız tarixi qələbələrə imza atmış, respublikamız sürətli inkişafa nail olaraq dünya dövlətləri birliyində layiqli yer tutmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kons­ti­tu­siyamıza istinad edərək dövlətçiliyimizi, iqtisadiyyatımızı və cəmiy­yə­timizi daha yüksək zirvələrə inamla aparır.

Böyük dövlət xadimi Heydər Əliyevin uzaqgörənliyi ilə mükəmməl şəkildə hazırlanmış Konstitusiyamız ölkəmizin hərbi qüdrə­ti­nin artırılmasına, ordu quruculuğu sahəsində böyük uğurların qaza­nıl­ma­­sına, o cümlədən sərhəd mühafizəsinin müasir tələblər səviy­yə­sinə qaldı­rıl­masına əlverişli zəmin yaratmış, dövlət sərhəd­ləri­mi­zin toxu­nul­maz­lığının təmin edilməsi istiqamətində davamlı dinamik inkişafa nail olunmuşdur.

 

 

                                    Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw