+
-
07.11.2015
07.11.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 6 noyabr 2015-ci il tarixdə “Baki-İstanbul” aviareysi ilə İŞİD terror təşkilatına qoşulmaq məqsədi ilə Suriyaya getmək istəyən Rusiya Federasiyası vətəndaşı, Sankt-Peterburq şəhər sakini 30.06.1989-cu il təvəllüdlü Ziyadxanov Əhmədxan İdrisoviç saxlanıl­mış­dır. Araşdırma zamanı Ə.Ziyadxanovun əvvəllər oğurluq və soyğunçuluğa görə 2 il 6 ay RF-də həbsdə olması, azadlığa çıxdıqdan sonra isə radikal dini qruplaşma üzvləri ilə əlaqəyə girərək İŞİD terror təşkilatına qoşulmaq üçün AR və Türkiyə ərazisindən tranzit istifadə etmək niyyətində olması müəyyənləşdirilmişdir.

Fakt üzrə araşdirmalar davam etdirilir.

 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw