27.05.2015-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə Birləşmiş Ərəb Əmirlikləri Milli Təhlükəsizlik Ali Şurasının Liman, Sərhəd və Azad zonaların Təhlü­kə­sizliyi Baş İdarəsinin Baş Direktoru cənab Casim Məhəmməd Əz-Zaabinin başçılıq etdiyi nümayəndə heyəti 2015-ci ilin may ayının 23-dən 27-dək ölkəmizdə rəsmi səfərdə olmuşdur.

Səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidməti Aparatında Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilmişlər.

Görüş zamanı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Birləşmiş Ərəb Əmirlikləri Milli Təhlükəsizlik Ali Şurasının Liman, Sərhəd və Azad zonaların Təhlükəsizliyi Baş İdarəsi arasında ikitərəfli əla­qə­lərin perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır. Tərəflər ara­sın­da beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, narkotiklərin daşın­ma­sı ki­mi cinayətlərlə mübarizə, dəniz sərhədlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin təş­kili məsələlərinə baxılmışdır. Azərbaycanın dövlət sərhədin­dəki əmə­liy­yat şəraiti və mövcud təhdidlər, sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müa­sir təlim-tədris sisteminin yaradılması istiqamətində görülmüş işlər və əl­də olunmuş nailiyyətlər barədə təqdimat keçirilmişdir.

Nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə, Akademiyasına  və “Sərhədçi” Olimpiya İdman Mərkəzinə səfərlər edərək xid­mətin və təlim-tədris prosesinin təşkili, yaradılmış şərait və maddi-tex­ni­ki baza ilə yaxından tanış olmuşlar.

Səfər müddətində qonaqlar Müdafiə Sənayesi Nazirliyində, Dövlət Miq­rasiya Xidmətində işgüzar görüşlər keçirmişlər.

Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti Qəbələ rayonunun mə­dəni-tarixi yerlərini ziyarət etməklə yanaşı, Bakı şəhərində, o cümlədən öl­kəmizdə keçiriləcək “Bakı-2015” 1-ci Avropa Oyunları ilə əlaqədar apa­rı­lan geniş miqyaslı abadlıq-quruculuq işləri ilə tanış edilmişlər.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

                    

                           Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80