Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
19 may 2015-ci il tarixdə Astara rayonunun Qapıçıməhəllə kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhədboyu zonada keçirilən rejim tədbirləri nəticəsində 1 ədəd bağlamada küllü miqdarda 7 kiloqram 045 qram narkotik maddə, o cümlədən 4 kiloqram 410 qram həşiş qətranı, 2 kiloqram 275 qram metofetamin və 360 qram heroin aşkar olunaraq götürülmüşdür.
Faktla bağlı araşdırma aparılır.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi