+
-
07.05.2015
07.05.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

May ayının 4-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında alman fa­şiz­mi üzərində qələbənin 70-ci il­dö­nü­münə həsr olunmuş tədbir keçiril­miş­dir. Tədbirdə Xətai rayonunun Veteranlar Şurasının nümayəndələri iştirak et­mişlər.

Tədbirdə çıxış edənlər 1941-1945-ci illərdə Azərbaycandan 700 min nə­fər­dən çox insanın müharibədə iştirak etməsindən, onların 300 min nəfərinin dö­yüşlərdə həlak olmasından, göstərdikləri igidliyə görə 123 nəfər həm­yer­li­mi­zin Sovet İttifaqı Qəhramanı adına və 170 min nəfərin müxtəlif orden və me­dallara layiq görülməsindən, Azərbaycanlılardan ibarət milli diviziyaların Qaf­qazdan Berlinədək keçdiyi şanlı döyüş yolundan, arxa cəbhədə çalışan in­sanların rəşadətindən, müharibənin qələbə ilə başa çatmasında Bakı nef­ti­nin misilsiz rolundan ətraflı danışmışlar. Ölkəmizdə 1941-1945-ci illərdə  al­man faşizmi üzərində qələbənin hər il qeyd olunmasının, veteranlara gös­tə­ri­lən diqqət və qayğının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qo­yul­duğunu vurğulayan tədbir iştirakçıları bu ənənənin hazırda Azərbaycan Res­publikasının Prezidenti, Silahlı Qüvvələrinin  Ali Baş Komandanı cənab İl­ham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişlər.

Tədbirin sonunda Akademiyanın rəisi general-mayor Araz Məmmədov ve­teranların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi is­ti­qa­mə­tin­də gördükləri işlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Tədbirdə iştirak edən veteranlara hədiyyələr təqdim edilmiş və xatirə şəkilləri çəkdirilmişdir.

Sonda Böyük Vətən Müharibəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

                                                       Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw