Şəmkir Sərhəd Dəstəsinin “Böyük Kəsik” Sərhəd Nəzarəti Məntəqəsində yeni kompleks istifadəyə verilmişdir.
Kompleksdə inşa olunmuş altımərtəbəli binanın birinci mərtəbəsində sərhəd nəzarəti məntəqəsinin qərargahı yerləşdirilmişdir. Qərargahda lazımi xidmət şəraiti yaradılmış, xidmət otaqları kompüterlərlə, digər avadanlıq və vasitələrlə təmin olunmuşdur. Binanın üst mərtəbələrində bir, iki və üç otaqlardan ibarət 31 mənzil inşa edilmişdir. Sərhədçi zabit və gizirlər üçün tikilmiş bu mənzillər mebel avadanlığı ilə təmin olunmuşdur.
Kompleksdə hamam-camaşırxana, qazanxana, nəzarət-buraxılış məntəqəsi, su anbarı və digər tikililər vardır. Kompleksin ərazisində abadlıq və yaşıllaşdırma işləri görülmüş, mərkəzləşdirilmiş istilik sistemi yaradılmışdır.