+
-
07.08.2014
07.08.2014- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümü ərəfəsində Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində silsilə tədbirlər davam etdirilir.

Bu tədbirlər çərçivəsində DSX Hərbi Hospitalının ixtisaslı həkimlə­ri tərəfindən hərbi hissə­lər­də və sərhədyanı yaşayış məntəqələrində yerli sakin­lərin əvəzsiz müayinə və müalicəsi davam etdirilmişdir.

2014-cü ilin 1-3 avqust tarixlərində Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində Lerik rayonunun Məhlə­bad, Yuxarı Amburdərə, Aşağı Amburdərə, Qələçər, Kələxan, Orand və Hili­dərə kəndlərinin 123 nəfər sakininin müayinə və müalicələri  təşkil edilmişdir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi.

 

f tw