11 may 2014-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonunun Göytəpə şəhərində və Yevlax rayonunda yerləşən hərbi hissələrində gənc əsgərlərin hərbi andı qəbul etmələri münasibətilə tədbirlər keçirilmişdir.
Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimlərdə hərbi andı qəbul edəcək sərhədçi əsgərlərə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyevin təbrikləri çatdırılmış, gələcək şərəfli xidmətlərində uğurlar arzu edilmiş, dəyərli Vətən oğullarını tərbiyə etdiklərinə görə əsgər valideynlərinə minnətdarlıq bildirilmişdir.
Mərasim iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Azərbaycan Sərhəd Mühafizəsinin inkişafı istiqamətində görülən işlər haqqında geniş məlumat verilmişdir.
Gənc əsgərlərin valideynləri çıxış edərək öz övladlarını təbrik etmiş və onların sərhədçi kimi formalaşmasında əməyi olan zabitlərə öz təşəkkürlərini bildirmişlər.
Döyüş bayrağı sıra meydanına gətirildikdən sonra gənc əsgərlər Hərbi andı – Vətənə sədaqət andını qəbul etmişlər.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi