+
-
07.11.2022
07.11.2022, 10:00 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qalibiyyətimizi, xalqımızın sarsılmaz iradəsi və Silahlı Qüvvələrimizin qüdrətini özündə əks etdirən “Zəfər Günü”nün ikinci ildönümünü sərhədçilər yüksək əhval ruhiyyə ilə qarşılayırlar.

8 noyabr “Zəfər Günü” ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” Mədəniyyət Mərkəzində təntənəli bayram konserti keçirilmişdir.

Tədbirə dəvət olunmuş Vətən Müharibəsi qaziləri və qonaqlar Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin “Zəfər Günü”nə həsr etdikləri bayram konsertini fəxarət və qürur hissi ilə izləmişlər. 

 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw