+
-
24.10.2022
24.10.2022, 13:10 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Oktyabr ayının 22-də saat 19:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Səmədabad kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd göstərən 2 (iki) nəfər Azərbaycan vətəndaşları, 1994-cü il təvəllüdlü Vəliyeva Məryəm Təbriz qızı və 1981-ci il təvəllüdlü Qasımova Aytən Rafiq qızı saxlanılmışlar.

Araşdırma zamanı qeyd olunan şəxslərin cari ildə Türkiyə Respublikasından deportasiya edilərək bu ölkəyə girişlərinə qadağa qoyulduğuna görə dövlət sərhədini pozaraq qanunsuz yolla İran İslam Respublikasına, oradan isə Türkiyə Respublikasına keçmək niyyətində olmaları müəyyən edilmişdir.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw