+
-
20.10.2022
20.10.2022, 10:23 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Oktyabr ayının 20-də saat 01:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Gürcüstan Respublikasından Azərbaycan Respublikası istiqamətində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilmişdir.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılmış və dövlət sərhədini pozmuş 1-i azyaşlı olmaqla, 2 nəfər Azərbaycan vətəndaşları saxlanılmışdır. Araşdırma zamanı saxlanılan şəxslərin Ağstafa rayonu Poylu Kənd sakini 2003-cü il təvəllüdlü Mirzəyev Aqid Murad oğlu və Yevlax şəhər sakini 2018-ci il təvəllüdlü Bukavadze Şahin Roman oğlu olduğu məlum olunmuşdur.

Fakt üzrə araşdırma tədbirləri dаvаm еtdirilir.

 

 

 Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi 

f tw