+
-
21.04.2014
21.04.2014-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2014–cü ilin aprel ayının 07-18 tarixlərində Dövlət Sərhəd Xidmətinin Akademiyasında Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəhbər nüma­yən­dələri üçün “Sərhəd Nəzarəti”nə dair təlim proqramının tədrisi təşkil olunmuşdur.

Tədris çərçivəsində Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyi sistemi, Azərbaycanın milli sərhəd siyasətinə regional və beynəlxalq təhlükəsizlik kon­teks­tin­də­ baxış, sərhəd mühafizəsinin təşkili, dövlət sərhədindən buraxılış məntəqələrinin fəa­liyyəti və sərhəd nəzarəti mövzuları üzrə məruzələr edilmiş və təqdimatlar keçirilmişdir.

Dinləyicilər   Dövlət Sərhəd Xidmətinin Akademiyası, Sahil Mühafizəsi, “Samur” dövlət sər­hə­dindən buraxılış məntəqəsi, Heydər Əliyev Beynəlxalq Hava Limanlarında sərhəd nəzarət şöbəsi, DSX Xüsusi Məktəbi və Kinoloji Mər­kə­zi­nin  fəaliyyəti və mövcud imkanları ilə tanış olmuş, Xarici İşlər Nazirliyinin  “ADA­”­­ Universitetinə səfər etmiş, həmçinin ölkəmizin tarixi yerləri və memarlıq abi­­dələri ilə tanış olmuşlar.

DSX Akademiyasında Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəhbər nümayəndələri üçün təşkil olunmuş kursun yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.Mərasimdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xid­mə­ti­nin­ rəisi- Sərhəd Qoşunlarının Komandanı general- leytenant  Elçin Quliyev,  Səu­diy­yə­ Ərəbistanı Krallığının Sərhəd Xid­mə­tinin baş direktoru general- leytenant Zumey­yim­ bin Cuveybir Əs-Səvvat, Səudiyyə Ərəbistanının Azərbaycan Respub­lika­sın­da­kı­ fövqəladə və səlahiyyətli səfiri, digər rəsmi şəxslər iştirak etmişlər.

General- leytenant  Elçin Quliyev və general- leytenant Zumeyyim bin Cuvey­bir Əs-Səvvat tədbirdə çıxış edərək Azərbaycan və Səudiyyə Ərəbis­ta­nı­nın sərhəd xidmətləri arasında ikitərəfli münasibətlərin son illər ərzində yüksələn xətt üzrə inkişaf etməsini, Səudiyyə Ərəbistanının sərhəd xidmətinin əməkdaşları üçün təşkil olunmuş kursun qurumlararası əməkdaşlığın gücləndirilməsinə ciddi töhfə verməsini qeyd etmiş və bu təcrübənin gələcəkdə daha da genişləndiriləcəyi barədə tədbir iştirakçılarına məlumat vermişlər. Səudiyyə Ərəbistanının  Sərhəd Xidmətinin baş direktoru general- leytenant Zumeyyim bin Cuveybir Əs-Səvvat əməkdaşlarının peşəkarlıq səviyyələrinin artırılması üçün yaradılmış yüksək səviyyəli şəraitə görə öz minnətdarlığını bildirmişdir.

Mərasim sonunda tədrisə cəlb olunmuş heyətə sertifikatlar təqdim olunmuşdur. 

 

                                                   Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw