+
-
13.06.2022
13.06.2022, 10:00 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

İyun ayının 11-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktə­bində 2021/2022-citədris ilinin başa çatması ilə əlaqədar məzunların buraxılışına həsr edilmiş təntənəli tədbir kеçirilmişdir.

Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər məktəbin müəllim və kursant kollektivini, onların valideynlərini təbrik edərək Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti­qamə­tindəki xidmətlərindən, böyük dövlət xadiminin müəyyənləş­dirdiyi milli sərhəd strate­giyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçiril­məsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­masını qeyd etmişlər.

DSX Xüsusi Məktəbinin yaradılmasında, formalaşdırılmasında və onun zəruri tədris bazası ilə təchiz olunmasında Azərbaycan Respub­likasının Birinci vitse-prezidenti Mеhriban xanım Əliyеvanın və Heydər Əliyev Fondunun xidmətləri xüsusi olaraq vurğulanmışdır.

Fəaliyyət göstərdiyi qısa müddət ərzində Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi ölkəmizdə çox böyük nüfuz qazanmışdır. Məktəbdə təhsil almaq arzusunda olanların sayının qəbul planından dəfələrlə çox olmasını, məktəbə olan xüsusi marağı nəzərə alaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbin yeni inşa edilmiş və ən yüksək standartlara cavab verən tədris kor­pu­sunun 2018-ci ilin mart ayının 5-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilməsi kursantların sayının 3 dəfəyədək artırıl­ması imkanını yaratmışdır.

Məktəbdə yüksək ixtisaslı pedaqoji kollektivin yaradıldığı, təlim və tədrisin müasir tələblər səviyyəsində qurulması üçün qabaqcıl metodların bacarıqla tətbiq edildiyi, hər il məktəbi bitirən kursantların əksəriyyətinin uyğurla imtahan verərək Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunduğu məmnunluq hissi ilə qeyd olunmuşdur.

Mərasimdə 2022-ci ildə DSX Xüsusi Məktəbini bitirən kursantlara döş nişanları təqdim olunduqdan sonra məzunların xatirəsini əks etdirən adlı siyahı Xüsusi Məktəbinin “məzun simvolu” olan rəmzi nar ağacına sancılmışdır.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri maraqlı konsert proqramı ilə çıxış etmişdir.

 

 

 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi 

 

f tw