23.05.2022, 15:32 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan sərhədçiləri milli və beynəlxalq statuslu mötəbər idman yarışlarında ölkəmizi ən yüksək səviyyədə təmsil edərək bu sahəyə öz töhfələrini verməkdə davam edirlər.   

May ayının 20-dən 22-ə dək “Sərhədçi” İdman Olimpiya Mərkəzində 200 idmançının iştirakı ilə 12 çəki dərəcəsində keçirilən kikboksinq üzrə respublika birinciliyində mayor Fuad Zeynalovun yetirmələri yüksək nailiyyətlər əldə etmişlər.

Çempionatda 67 kq çəki dərəcəsində Qəşəm Məmmədov, 81 kq çəki dərəcəsində Elcan Alıkişiyev 1-ci yerə, 75 kq çəki dərəcəsində Elşad Şahbazov 2-ci yerə və Əkbər Əsədov isə 3-cü yerə layiq görülmüşlər. Çempionatın qalibləri 15-17 avqust 2022-ci ildə Türkiyə Respublikasında keçiriləcək İslam Oyunlarına lisenziyalar qazanmışlar.

May ayının 23-də sərhədçi idman­çılar Dövlət Sərhəd Xidmətinin rəisi ge­neral-polkovnik Elçin Quliyev tərəfindən qəbul olunmuşlar. Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə idmanın inkişafına olan ali diqqət və qayğısı nəticəsində Azərbaycan idmanının yüksək xətt üzrə inkişaf etməsi, milli idmançılarımızın olimpiya oyunlarında və digər mötəbər idman yarışlarında ölkəmizi ən yüksək səviyyədə təmsil etmələri, Azərbaycan sərhədçilərinin də bu sahəyə əhəmiyyətli töhfə vermələri qeyd olunmuşdur.

Sərhədçi idmançılar Dövlət Sərhəd Xidmətinin rəisi ge­neral-polkovnik Elçin Quliyev tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilı təltif olunmuşlar.  İdmançılar adından çıxış edən mayor Fuad Zeynalov göstərilən ali diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İl­ham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə etmiş, yeni uğurları və qələbələrı ilə göstərilən etimadı doğruldacaq­larına söz vermişdir.   

 

                                            Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80