+
-
07.03.2022
07.03.2022, 13:25 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin aparatında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-pol­kovnik Elçin Quliyev əlamətdar gün münasibətilə sərhədçi qadın hərbi qulluqçuları təbrik etmiş, onlara хidmətdə və şəхsi həyatlarında uğurlar arzulamışdır.

Gözəllik, sədaqət və ismət rəmzi olan Azərbaycan qadınlarının xalqımızın milli varlığını müəyyən edən mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanmasında əvəzsiz xidmətləri qeyd olunmuş, qadınlarımızın cəmiyyətdəki rolunun artmasına, onların maddi rifahının yaxşılaşmasına, Azərbaycanlı ailələrin xoşbəxtliyinə Ulu Öndər Heydər Əliyevin hər zaman böyük diqqət göstərdiyi, bu gün həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyevtərəfindən uğurla davam etdirildiyi vurğulan­mışdır.

Azərbaycan qadınının 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda savaşda canlarından keçməyə hazır olan qəhrəmanlar nəslini yetişdirməsi vurğulanmış, qadınların cəmiyyətimizin bütün sahələrində, o cümlədən Silahlı Qüvvələrin fəaliyyətində yaxından iştirak etmələri, Vətənimizin sərhədlərinin mühafizəsi kimi çətin və şərəfli vəzifənin yerinə yetirilməsində sərhədçi qadınların əzmkarlıq göstərdikləri,  xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldikləri qeyd olunmuşdur.

ÇıxışdaAzərbaycan tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvə­lərin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevinmüdriksiyasəti, hərbi strategiyası və sərkərdəlik məharəti sayəsində ölkəmizin bütün ərazisində suveren hüquqlarımızın bərpa edildiyi, qalib dövlətə çevrildiyimiz vurğulanmış, müqəddəs haqq savaşında Müzəffər Ali Baş Komandanımız tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşı­sın­da  qoyulmuş döyüş tapşırıq­larının layiqincə icra olunduğu, Azərbaycan sərhədçilərinin bundan sonra da milli maraqlarımızın təmin edilməsi üzrə tapşırıqları ən yüksək səviyyədə icra edəcəkləri qeyd olunmuşdur. 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Dövlət Başçımızın ən yaxın silahdaşı olaraq dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim etdiyi, dövləçiliyimizin əsaslarının möhkəmləndirilməsinin, ölkəmizin ictimai - siyasi və mədəni həyatının dinamik inkişafına yönəldilmiş əzm­kar fəaliy­yəti ilə хalqımızın böyük rəğbətini qazandığı xüsusi qeyd edilmişdir. 

Tədbirin sonunda xidmətdə fərqlənmiş sərhədçi qadınlar təltif  olunmuşlar.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw