+
-
17.08.2021
17.08.2021, 10:30 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü ərəfəsində keçirilən tədbirlər çərçivəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müqqədəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində həlak olmuş sərhədçilərin əziz xatirələrinin anılmasına, qazilərimizə diqqət və qayğı göstərilməsinə xüsusi yer verilir.

14-16 avqust tarixlərində Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri tərəfindən şəhid sərhədçilərin ailələrinə və Vətən müharibəsinin qazilərinə baş çəkilmişdir.

Torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda  qazilərimizin və şəha­dət zirvəsinə ucalmış şəhidlərimizin rəşadət və qəhrəmanlıq salnaməsi yazdıqları barədə danışılmış, onların Vətən yolunda bizlərə qələbə sevincini yaşadan fədakarlığının yaddaşlardan silinmə­yəcəyi vurğulanmışdır.  

Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin və qazilərin sosial müdafiəsinin Azərbaycan Respublika­sının Prezidenti, Silahlı Qüvvələ­rin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən döv­lət siyasətinin əsas istiqamətlərindən olması, qeyd olunan məsələlərin daim diqqət mərkəzində saxlanıldığı bildirilmişdir.   

Ziyarətlər zamanı Dövlət Sərhəd Xidmətinin 47 nəfər şəhid hərbi qulluqçusunun Azərbaycan Respublikası Prezidentinin Sərən­cam­ları ilə ölümlərindən sonra təltif edildikləri orden və medallar ailə üzvlərinə təqdim olunmuş, həmçinin qazilərimizin dövlət təltifləri onlara verilmişdir.  

Şəhidlərin ailə üzvləri və qazilər göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə etmiş, Azərbaycanın Sərhəd Mühafizəsi üçün bu əlamətdar dövrdə onların anılması, şəhid ailələrinin ziyarət edilmə­sinin dövlətimizin Vətən müharibəsinin iştirakçılarına göstərdiyi diqqətin, şəhidlərə ifadə olunan ehtira­mı­nın bariz nümunəsi olduğunu bildirmişlər.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw