+
-
15.11.2013
15.11.2013 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

12 noyabr 2013-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin Akademiyasında Konstitusiya günü münasibəti ilə təntənəli tədbir keçirilmişdir.

Tədbirdə DSX Akademiyasının rəisi general-mayor Araz Məmmədov, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri, millət vəkili Əli Hüseynli çıxış etmişlər.

Bildirilmişdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin taleyüklü problemlərinin həlli istiqamətində çoxsaylı prinsipial, ciddi və tarixi işlər görülməyə başlanmışdır. Bu işlər sırasında müstəqil Azərbaycanın yeni Konstitusiyasının yaradılması xüsusi yer tutur.

Ümummilli Liderin bilavasitə rəhbərliyi ilə hazırlanan Əsas Qanunumuz öz demokratikliyi, humanistliyi və dolğunluğu ilə seçilərək ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması və tərəqqisi üçün hərtərəfli zəmin yaratmışdır.

Əsas Qanunumuzun yaratdığı təminat nəticəsində ölkəmiz sosial-siyasi, mədəni-ictimai və iqtisadi sahələrdə böyük uğurlar qazanmışdır. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya dövlətləri birliyində öz layiqli yerini tutub, sürətlə inkişaf edir və beynəlxalq imicini durmadan möhkəmləndirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində dövlət sərhədlərinin mühafizəsi səviyyəsinin daim yüksəlməsi, beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizə imkanlarının genişləndirilməsi, müasir sərhəd infrastrukturunun yaradılması istiqamətindəki uğurlu nailiyyətlər Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış mükəmməl Konstitusiyanın yaratdığı müasir, qüdrətli, müstəqil dövlət quruculuğu proseslərinin nəticəsi kimi qiymətləndirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

 

 

f tw