+
-

"Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 iyun tarixli 2217 nömrəli Sərəncamı

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması haqqında



Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrlarının, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyası yaradılsın.

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 12 iyun 2007-ci il.
N 2217