+
-
02.11.2026
Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılmışdır

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfərin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə hərəkəti müşahidə edilmişdir.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, ərazi qapadılmış və sərhəd pozucularının saxlanılması məqsədilə zəruri tədbirlər görülmüşdür.

Keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 16 kiloqram 128 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən  İran İslam Respublikası vətəndaşları saxlanılmışdır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw