+
-
13.10.2026
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 124 kiloqram 965 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində oktyabr ayının 11-də 75 kiloqram 515 qram, oktyabrın 12-də isə 49 kiloqram 450 qram narkotik vasitə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılmışdır.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi
 

f tw