+
-
12.08.2026
Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılmışdır

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində 2 (iki) nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı – 1994-cü il təvəllüdlü Makhlouf Houari  1996-cı il təvəllüdlü Brahim Houari dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılmışdır. 

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw