+
-
17.06.2026
“Sərhəd təhlükəsizliyi və insan hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə birgə “Sərhəd təhlükəsizliyi və insan hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Ombudsman Aparatının Hüquqi maarifləndirmə şöbəsinin müdiri, dövlət qulluğunun müşaviri Müqalib Mahmudov insan hüquqlarının müdafiəsi sahəsində milli qanunvericiliyin tələbləri, beynəlxalq hüquq normaları, sərhəd nəzarəti zamanı vətəndaşların hüquqlarının təmin olunması, habelə hüquqi maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə ətraflı məlumat vermişdir.

Daha sonra  insan hüquqlarının müdafiəsi, hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi və sərhəd nəzarəti fəaliyyətində insan hüquq və azadlıqlarının təmin edilməsinin əhəmiyyətindən danışılmışdır. 

Çıxışlarda belə görüşlərin şəxsi heyətin hüquqi biliklərinin inkişafında mühüm rol oynadığı, dövlət tərəfindən insan hüquqlarının qorunmasına xüsusi önəm verildiyi vurğulanmışdır.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

Görüşün keçirilməsində əsas məqsəd hərbi qulluqçular arasında hüquqi maarifləndirmə işinin gücləndirilməsi, onların hüquq və vəzifələri barədə məlumatlılığın artırılması olmuşdur.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw