+
-
06.06.2026
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılmışdır

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

İyun ayının 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları - 1999-cu il təvəllüdlü Amini Del Aqa  2003-cü il təvəllüdlü Rahimi Nazirgül saxlanılmışdır.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw