Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Novxanı Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının 7-ci turunun oyunları keçirilib.
Sentyabrın 3-də saat 16:00-da “Sərhədçi” və “Elit” çövkən komandaları arasında baş tutan gərgin mübarizə “Sərhədçi” komandasının 4-1 hesablı qələbəsi, saat 17:00-da “Polat” və “Omar” komandaları arasında keçirilən günün ikinci oyunu “Polad” komandasının 3-1 hesablı qələbəsi ilə başa çatıb.
Turun növbəti oyunları sentyabrın 4-də keçirilib. Saat 16:00-da baş tutan ilk qarşılaşma “Zəfər” komandasının “Şirvan” komandası üzərində 5-0 hesablı qələbəsi, saat 17:00-da baş tutan qarşılaşma “Köhlən” komandasının “Ağstafa Dilbaz” komandası üzərində 4-3 hesablı qələbəsi ilə başa çatıb.
Günün və turun son oyunu saat 18:00-da “Embawood” və “Qarabağ” komandaları arasında keçirilib. Mübarizədə “Embawood” komandası “Qarabağ” komandası üzərində 3-0 hesablı qələbə əldə edib.
Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasında 8-ci turun oyunları 10-11 sentyabr 2024-cü il tarixlərində baş tutacaq.
Azərbaycan Respublikası Atçılıq Federasiyası