+
-
01.02.2024
Beynəlxalq Çövkən Federasiyasının yaradılması məqsədi ilə Baş Assambleyanın təsis iclası keçirilib

1 fevral 2024-cü il tarixində Binə Atçılıq Mərkəzində Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi ilə əlaqədar Baş Assambleyanın iclası keçirilib.

İclasda Almaniya, Argentina, Avstraliya, Azərbaycan, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Çexiya, Fransa, Qazaxıstan, Qırğızıstan, Malta, Macarıstan, Mərakeş, Nigeriya, Özbəkistan, Polşa, Slovakiya və Türkiyədən nümayəndə heyətləri iştirak edib.

Baş Assambleyanın iclasında Federasiyanın nizamnaməsi və çövkən qaydalarına baxılıb, komitələr və regional qrupların yaradılması, iştirakçı dövlətlərdə çövkənin inkişafı ilə əlaqədar müzakirələr aparılıb. 

İclasda keçirilmiş seçkilərdə səsvermənin nəticələrinə uyğun olaraq Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasının prezidenti, Polşanın nümayəndəsi Maciej Michal Olbrych isə Baş katib seçilib.

Baş Assambleyanın 2 fevral tarixində keçiriləcək növbəti və yekun iclasında Beynəlxalq Çövkən Federasiyasında digər rəhbər vəzifələrə seçkilərin keçirilməsi nəzərdə tutulub.

 

Azərbaycan Respublikasının Atçılıq Federasiyasının Mətbuat Məlumatı

f tw