+
-
29.05.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

“28 May – Müstəqillik Günü” və “Vindzor Kral Atçılıq Şousu-2023’’ tədbirində Azərbaycan Respublikasını layiqincə təmsil edən heyətin təltifləndirilməsi münasibətilə Binə Atçılıq Mərkəzində təntənəli tədbir keçirilmişdir.
 

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə müstəqilliyimizin əldə edilməsinin 105-ci ildönümü münasibətilə ölkəmizdə silsilə tədbirlərin keçirildiyi qeyd edilmiş, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında əldə edilmiş parlaq zəfərimiz sayəsində bu gün, milli dövlətçilik tariximizin şanlı səhifələrindən olan “Müstəqillik Günü’’nü ərazi bütövlüyü təmin edilmiş güclü və qalib dövlət olaraq qeyd etməyimiz xüsusi vurğulanmışdır.

Mərasimdə 10-13 may 2023-cü il tarixlərdə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilmiş “Vindzor Kral Atçılıq Şousu-2023’’ tədbirində qədim mədəniyyətimizin tanıdılması, milli sərvətimiz olan Qarabağ atlarının füsunkar gözəlliyinin nümayiş etdirilməsi, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblının xüsusi çıxışı, zərif Azərbaycan rəqsləri və ecazkar milli musiqimizin yüksək səviyyədə təqdim edilməsi ilə böyük tamaşaçı rəğbəti qazanmış nümayəndə heyətimiz Azərbaycan Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev tərəfindən təltifləndirilmişdir.

Konsert proqramı ilə başa çatan tədbirin sonunda təltifləndirilən heyətlə xatirə fotoşəkilləri çəkdirilmişdir.

 

 

 

 

 

 

f tw