+
-
26.05.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

May ayının 25-də Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusu 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Zəngilan rayonu istiqamətində törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olmuş Baş gizir Məmmədov Azər Mustafa oğlunun övladının dünyaya gəlməsi münasibətilə şəhidimizin ailəsini ziyarət etmişlər.

Döyüş yoldaşları şəhidimizin ailə üzvlərinə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini çatdırmış, yeni doğulmuş körpənin Dövlətimizə və xalqımıza layiqli övlad kimi yetişməsini arzulamışlar.

Vətənin azadlığı uğrunda və xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş igid sərhədçinin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə etmişlər.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi


f tw