+
-
18.03.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Mart ayının 18-də Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” Mədəniyyət Mərkəzində xalqımızın ən qədim və əziz bayramlarından olan Novruz bayramı münasibətilə tədbir keçirilmişdir.

Tədbir iştirakçıları öncə Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyindəki əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.

Sonra “Sərhədçi” Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən hazırlanmış konsert proqramı təqdim edilmişdir.

Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestri, “NUR” vokal-instrumental ansamblının solistləri Azərbaycan və əcnəbi bəstəkarların musiqi əsərlərini, xalq mahnılarını ifa etmiş, mədəniyyət mərkəzinin rəqs qrupu milli rəqslərimizdən ibarət maraqlı repertuarla çıxış etmişdir.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Sərhədçi” Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi ilə görüşmüş, onlara fəaliyyətlərində nailiyyətlər arzulamışdır.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi


f tw