+
-
18.03.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı


Mart ayının 18-də "İAMAS" sistemində yaranmış texniki nasazlıq səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətində qısamüddətli ləngimələr yaranmışdır.
Operativ olaraq həyata keçirilmiş tədbirlər nəticəsində nasazlıq aradan qaldırılmış, vətəndaşların və nəqliyyat vasitələrinin buraxılışı təmin edilmişdir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw