+
-
27.01.2023
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

İsveçrənin Sankt Moritz şəhərində keçirilən 38-ci qarüstü polo üzrə dünya kuboku turnirinin ilk turu sona çatmışdır.

6 komanda arasında ümumilikdə keçiriləcək 3 oyunun nəticəsinə əsasən reytinq xalları üzrə yarımfinala vəsiqə qazanan 4 komanda məlum olacaqdır.

Yanvarın 27-də keçirilən turun ilk oyununda “Land of Fire-Azerbaijan” rəqib komanda “Flexjet” ilə qarşılaşmış, təmsilçilərimiz 5-3.5 hesabla qalib gələrək yarımfinala vəsiqə qazanan ilk komanda olmuşdur.

Komandamız qələbəsini bu gün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində törədilmiş xain terror aktının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş baş leytenant Əsgərov Orxan Rizvan oğlunun əziz xatirəsinə həsr etmişdir.


f tw