+
-
13.04.2022
13.04.2022, 14:01 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq aprel ayının 12-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında ”Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyimizə və mənəvi dəyərlərimizə olan təhlükə kimi” mövzu­sunda tədbir keçirilmişdir.

Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmiş və abidəsi önünə gül dəstələri düzmüşlər. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini  Səyavuş Heydərov çıxış edərək dini və etnik zənginliyə malik xalqımızın tolerantlıq ənənələrinin dövlət siyasətində uğurla inkişaf etdirildiyini, Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsini özündə təcəssüm edən Azərbaycançılıq məfkurəsinin ölkəmizin tərəqqisində müstəsna rolunu vurğulamışdır.

Tədbirdə Azərbaycan Respubli­kasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu gün ölkəmizin multikulturalizm, tolerantlıq dəyərləri təbliğ edən ölkələrdən olması, milli-dini birlik ideyasının ölkəmizdə dövlət siyasəti səviyyəsində həyata keçirildiyi, hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunmasına dəstək göstərildiyi qeyd edilmişdir.

Azərbaycan Respubli­kasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində müxtəlif xalq­lara və dinlərə mənsub Azərbaycan vətəndaşlarının çiyin-çiyinə döyüşmələri, “Dəmir Yumruq” ətrafında həmrəylik nümayiş etdirmələrinin bu istiqamətdə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsi olması vurğulanmışdır.

Seminarda ölkəmizdəki tolerantlıq ənənələrinə, dini etiqadı siyasiləşdirməklə milli təhlükəsizliyimizə və mənəvi dəyərlərimizə təhlükə yarada bilən meyillərlə mübarizədə hər bir vətəndaşın həssaslıq göstərməsinin vacibliyi qeyd olun­muşdur.

Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı “Mənəvi İntibah” sənədli filmi şəxsi heyət tərəfindən izlənilmişdir.

 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

f tw