+
-

İlham Əliyev yeni gətirilmiş hərbi helikopterlərə baxış keçirmişdir. 22 dekabr 2011

Prezident İlham Əliyev yeni gətirilmiş hərbi helikopterlərə baxış keçirmişdir.

Dövlət başçısı yeni gətirilmiş hərbi helikopterlərlə yaxından tanış olmaq üçün hava limanına gəldi. Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə hərbi helikopterlər barədə məruzə etdi. 

O bildirdi ki, Mi-35m tipli döyüş helikopterləri hazırda dünyada mövcud olan ən müasir helikopterlərdən hesab olunur və hərbi tapşırıqları yerinə yetirmək üçün geniş imkanlara malikdir. Bu tipli helikopterlər yüksək uçuş imkanlarına malikdir.

Hərbi helikopterlərin ən müasir silahlarla təchiz olunduğu qeyd edildi. Bildirildi ki, bu silahlar hədəfi dəqiq zərərsizləşdirmək qabiliyyətinə malikdir. Helikopterlərin heyəti pilot komandirindən və operatordan ibarətdir. 

Zərurət yaranarsa, 10 nəfərədək desant əməliyyatların həyata keçirilməsinə cəlb oluna bilər. Helikopterlər S-8 və S-13 idarəolunmayan raket kompleksləri, QŞ-23 qoşalüləli pulemyot və “şturm” və “ataka” tipli idarə olunan raketlərlə təchiz edilib. 

Helikopterlərdə hazırda dünyada mövcud olan ən müasir avionika quraşdırılıbdır ki, bunun köməyi ilə istənilən hava şəraitində 360 dərəcə altında bütün hədəfləri müşahidə etmək və zərərsizləşdirmək mümkündür.

Dövlət başçısı helikopterin texniki göstəriciləri ilə yaxından tanış oldu