+
-

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Qırmızı körpü” nəzarət-buraxılış məntəqəsində

Gürcüstana dövlət səfərini başa çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2004-cü ilin iyun ayının 15-də günortadan sonra maşın karvanının müşayiəti ilə Azərbaycan-Gürcüstan sərhədinə gəlmişdir.

“Qırmızı körpü” nəzarət-buraxılış məntəqəsində Qazax rayonu ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını böyük səmimiyyətlə qarşılamışlar.

Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti, onun işinin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər, Azərbaycanın və Gürcüstanın sərhəd xidmətləri arasındakı əlaqələr barədə məruzə etmişdir.