+
-
13.09.2023, 12:25
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar Dövlət Sərhəd Xidmətinə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Namizədlər aşağıdaki tələblərə cavab verməlidir:

  • Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;
  • 30 yaşı keçməməli;
  • Fiziki cəhətdən sağlam olmalı;

Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.

Əlavə məlumat üçün:

Ünvan: Bakı şəhəri, Z. Əliyeva küçəsi 30.

Əlaqə nömrəsi: 012-493-62-47