+
-
07.06.2019, 00:00
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə QƏBUL ELAN EDIR

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində həqiqi hərbi xidmət  keçmək arzusunda olan vətəndaşlar Dövlət Sərhəd Xidmətinə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

 

Namizədlər aşağıdaki  tələblərə cavab verməlidirlər:

 

  • Müddətli həqiqi hərbi xidməti keçmiş olmalı;
  • 30 yaşı keçməməli;
  • Fiziki cəhətdən sağlam olmalı;
  • Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalı.

 

Xidmətə qəbul olmaq istəyən kişi namizədlər Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.

 

 

         Əlavə məlumat üçün:

 

         Ünvan:  Bakı şəhəri, Z.Əliyeva küçəsi 30.

         Əlaqə nömrəsi:  (012) 493-62-47.