+
-
14.03.2020
14.03.2020, 17:15 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.  

14 mart tarixində 13:30-dan 14:00-dək Qazax ra­yo­nunun Abbasbəyli kəndində yaşayış evləri və avtomobil yolu ilə hə­rə­kət edən mülki nəqliyyat vasitə­ləri ER-nın İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub. 

Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw