Xəbərlər
|
02.06.2021, 14:41 - Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin məlumatı İyunun 1-i saat 20.00 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub və 40 dərəcə 04 dəqiqə 30 saniyə şimal enliyi, 45 dərəcə 54 dəqiqə 42 saniyə şərq uzunluğu (N 40°04′30″; E 45°54′42″) coğrafi koordinatlarında >>> |
|
01.06.2021, 14:10 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilmişdir. Sərhəd mühafizə qurumlarının hərbi qulluqçularının və mülki işçilərinin ailə üzvlərinin qatıldığı tədbirlər Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlamış, iştirakçılar bayram münasibətilə təbrik edilmişlər. Çıxış edənlər zəngin milli-mənəvi dəyərlərə malik xalqımızın >>> |
|
01.06.2021, 09:54 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Son günlərdə Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 12 kiloqram 754 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır. May >>> |
|
29.05.2021, 11:00 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı May ayının 28-də Zəngilan rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi xidməti-döyüş fəaliyyətinə başlamışdır. Bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev xalqımzın dövlətçilik tarixinin şanlı səhifələrindən olan "28 may - Respublika günü" və yeni hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə >>> |
|
27.05.2021, 11:37 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümünə həsr edilmiş tədbirlər keçirilir. May ayının 27-də Dövlət Sərhəd Xidmətinin Aparatında təşkil edilmiş tədbir dövlət himninin səsləndirilməsi ilə başlamış, iştirakçılar ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. >>> |
|
25.05.2021, 14:12 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Dövlət Sərhəd Xidməti tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, sahil mühafizə bölmələrinin texniki təchizatının müasirləşdirilməsi, yeni infrastrukturların yaradılması istiqamətində fəaliyyətlər davam etdirilir. Bu tədbirlər çərçivəsində cari ilin 25 may tarixində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Mərkəzi Regional Şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir. Bununla əlaqədar keçirilmiş açılış >>> |
|
24.05.2021, 18:25 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların maddi-texniki təminatı, sosial şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər davam etdirilir. May ayının 24-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd >>> |













