14.08.2019, 10:28- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümünü yüksək inkişaf dinamikası və qazanılmış xidməti uğurlarla qarşılayır. Dövlət Sərhəd Xidmətinin çoxsahəli fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsinə, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılanmasına yüksək diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında müxtəlif müsabiqələr xüsusi yer tutur.

Ənənəvi olaraq Azərbaycan Sərhəd Mühafizəsinin ildönümü ərəfəsində bədii ədəbiyyat, qəzet məqaləsi, təsviri sənət, mahnı, dekorativ-tətbiqi sənət nominasiyaları üzrə yaradıcılıq müsabiqələri, həmçinin orta məktəb şagirdləri arasında “Sərhəd­lərimizin keşiyində” mövzu­sunda inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqələrdə 1000 nəfərdən çox yaradıcı insan, peşəkar və həvəskar yazıçılar, şairlər, rəssamlar, jurnalistlər, sərhədçi zabit və gizirlər, onların ailə üzvləri, əsgərlər, ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişlər.

Müsabiqə iştirakçıları tərəfindən təqdim olunmuş çoxsaylı əsərlərin sırasından ən yaxşıları seçilərək 30 şer, 35 hekayə, 39 qəzet məqaləsi, 132 inşa yazısı, 21 mahnı və 136 rəsm və dekorativ-tətbiqi sənət əsəri müsabiqənin finalına buraxılmış, peşəkar mütəxəs­sislərdən ibarət mün­sif­­lər heyəti tərəfindən müsabiqənin finalçıları arasından qaliblər müəyyən edilmişdir.

Avqust ayının 13-də Dövlət Sərhəd Xidməti Akademiyasında Təhsil Nazirliyinin, Mətbuat Şurasının, Yazıçılar Birliyinin və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilmiş yaradıcılıq müsabiqələrinin qaliblərinin mükafatlandırılmasına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Tədbirdə çıxış edənlər Ülu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dünyanın ən qabaqcıl və firəvan ölkələrindən birinə çevrilən Azərbaycan Respublikasında gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə yanaşı onların intellektual inkişafına və yaradıcılıq fəaliyyətinə dövlətimiz tərəfindən qayğı göstərildiyi, sərhədçilərin fədakar xidmətlərinin təbliğində, sərhədçi peşəsinə rəğbət və ehtiram hissinin aşılanmasında keçirilən müsabiqələrin çox böyük əhəmiyyət kəsb etməsi xüsusi vurğulamışlar.

Mərasimdə müsabiqələrin qaliblərinə diplomlar və pul mükafatları təqdim olun­muş, müsabi­qəyə təqdim olunmuş təsviri sənət nümunələri nümayiş etdirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80