+
-
08.08.2019
08.08.2019, 09:08- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərə­­findən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi tədbirləri davam etdirilir.

07 avqust tarixində Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşun­larının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xid­məti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqa­mətində dövlət sərhədini pozmuş Gürcüstan vətəndaşı 1973-cü il təvəllüdlü Temur Şaraşidze sərhəd pozucusu qismində sax­lanılmışdır.

Fakt üzrə cinayət işi qaldırılmışdır, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw