+
-
18.07.2019
18.07.2019, 11:28- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

18 iyul 2019-cu il tarixdə saat 00:20 radələrində Ermə­nistan Silahlı Qüv­vələrinin bölmələri tərəfindən Ermənistanın No­yem­ber­yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açılmaqla atəş­kəs rejimi pozulmuş, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulmuşdur. Cavab atəşi ilə düşmən susdurul­muşdur.

Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­la­rının “Qa­zax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö­yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay­ra­mov yara­lanmışdır. Sər­hədçi əsgərə dərhal təxi­rə­sa­lın­maz tibbi yardım göstərilmişdir və hazırda həyatı üçün təh­lükə yoxdur.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Qu­li­yev hadisə yerində olmuş, sərhəd döyüş məntəqəsinin şəxsi he­yəti ilə görüşmüş, xidməti-döyüş fəaliyyətinin daha da güclən­diril­məsi istiqamətində müvafiq tapşırıqlar vermişdir.

 

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw