08.02.2019, 09:33 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumat

Son günlərdə dövlət sərhədinin etibarlı mühafizəsi və nar­kotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Döv­lət Sərhəd Xidməti tərəfindən bir sıra uğurlu əməliyyatlar keçiril­miş, 21 kq 775 qram narkotik vasi­tənin, 261 ədəd psixortop həb və 175 ml narkotik tərkibli məhlulun dövlət sərhədindən qaçaqmal qismində qanunsuz keçi­ril­məsinin qarşısı alınmış, bu cinayət əməllərinin iştirakçısı olan 2 nəfər şəxs həbs olunaraq cinayət məsuliyyətinə cəlb edilmişlər.

Belə ki, 3 halda İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 4 nəfər naməlum şəxsin qarşısı alın­mış, sərhəd pozucuları sər­həd naryadlarının qanuni əmrlərinə ta­be olmamış və qaçaqmalı sərhəd­boyu zolaqda ataraq geri qaç­mışlar. O cümlədən: 

-      3 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­ları­nın “Lənkəran” sərhəd dəstəsinin Astara ra­yonunun Alaşa kən­di yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nə­fər naməlum şəxsin hərə­kəti müşahidə olunmuş və ”dayan” əmri verilmişdir. Sərhəd po­zucusu əlindəki bağ­lamaları əraziyə ataraq geriyə qaçmışdır. Ərazidə aşkar olun­muş 4 ədəd bağla­mada 3 kq 80 qram “kokos”, 1 kq 55 qram “tir­yək”, 105 qram “mari­xuana”, həm­çinin 190 ədəd “tramol 225” mar­kalı həb, 175 ml “mydrax” mar­kalı narkotik tərkibli məhlul aş­kar edilərək götü­rül­müşdür.

-      4 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunla­rı­nın “Horadiz” sərhəd dəstəsinin Beyləqan ra­yo­nunun 2-ci Şah­sevən kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin qarşısı sərhəd nar­yadı tərə­findən alınmışdır. Sərhəd naryadı “dayan” əmri verərək havaya xəbərdarlıq atəşi açmış, sərhəd pozucusu tabe olmamış, əlin­dəki bağlamanı əraziyə ataraq geri qaçmışdır. Bağlamada 10 kq 115 qr “heroin”  narkotik vasitəsi və 1 ədəd “Bloԝ 2003 mini” markalı tapança aşkar edilərək götürülmüşdür.

-      4 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunla­rının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayo­nunun Böyük Bəh­mənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahə­sində 2 nəfər naməlum şəxsin hərə­kətini aşkar edən sərhəd nar­yadı tə­rə­findən ”dayan” əmri verilmiş, lakin sərhəd pozu­cuları tabe olma­yaraq geriyə qaç­mışlar. Ərazi dərhal qapa­dılaraq axta­rış tədbirləri keçirilmiş, nəticədə 2 ədəd çantanın içərisində 6 kq 670 qr “ko­kos”, 390 qr kristal şəklində narkotik maddə olan “he­roin”, 360 qr “mari­xuana” və 71 ədəd “psixotrop həb” aşkar edi­lərək götürül­müşdür.

Narkotik vasitələrin sifarişçilərinin müəyyənləşdirilməsi və ci­na­yət mə­suliy­yətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əmək­daşları tərəfindən keçirilmiş əməliyyat-axtarış təd­bir­ləri nəticəsində 2 nəfər Azərbaycan Respublikasının vətən­daş­ı Füzuli rayonunun Böyük-Bəhmənli kənd sakinləri 1976-cı il təvəllüdlü Həsənov Seymur İbiş oğlu  və 1977-ci il təvəllüdlü İs­mayılov Ramil Ulduz oğlu saxlanılmışlar.

Qeyd olunan faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80