+
-
24.07.2018
24.07.2018 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sər­­hədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər da­vam etdirilir.

DSX əməkdaşlarının sayıq­lığı və pe­­­­şəkarlığı sayəsində son gün­lərdə 4 əcnəbi vətəndaşın saxta sənədlərlə Azər­­­­­­bay­can Res­pub­li­ka­­sının döv­lət sərhədindən keçmək­, 2 nəfər Azərbaycan Respubli­ka­sının vətəndaşının isə ölkə ərazisinə qaçaqmal keçirmək cəhdinin qar­şısı alın­mışdır. Belə ki,:

  • 19 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul reysi ilə uçmaq istəyən 1982-ci il təvəllüdlü Pakistan İslam Respublikasının vətəndaşı İqbal Mudassarın təqdim etdiyi pas­port­da saxta­laş­dırma əlamətləri aşkarlanmış, laboratoriya şəraitində də­rin­­ləş­­dirilmiş yox­lama zamanı Yunanıstana məxsus daimi yaşa­yış vi­za­sının saxta olması təsdiqlənmişdir.
  • 20 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Frankfurt reysi ilə uçmaq istəyən 3 İraq vətəndaşı - 1978-ci il təvəllüdlü Aldohuky Sherwan Bashir Yousif, 2002-ci il təvəllüdlü AIdohuky Sahand  Sherwan Bashir, 2009-cu il təvəllüdlü Aldohuky Mohammed Sherwan Bashirin pasportlarına vurulmuş Almaniyaya məxsus Şengen vizalarının saxta olmasına şübhə yaranmış və dərin­­ləş­­dirilmiş yoxlama zamanı vizanın hə­qi­qə­tən də saxta­laşdı­rılması təsdiqini tapmışdır.
  • 21 iyul tarixində “Biləsuvar” dövlət sərhədindən buraxılış məntə­qəsində İran İslam Rüspublikasından gələn Azərbaycan Respub­lika­sı vətəndaşı Salyan rayonunun sakini 1966-cı il təvəl­lüd­lü Hü­sey­­nov Elçin Rzalı oğlunun əl yükünə baxış zamanı psixotrop dər­man olan 100 həb “Tamol”, 20 həb “Astrodol” aşkar edilmişdir.
  • 22 iyul tarixində “Şıxlı” dövlət sərhədindən buraxılış məntə­qəsində Gürcüstandan gələn Azərbaycan Respublikasının vətəndaşı Qazax rayonunun sakini 1994-cü il təvəllüdlü İsmayılov Sərxan Əlövsət oğ­lunun idarə etdiyi “Mersedes” markalı 35-BL-414 dövlət nömrə nişanlı minik avtomobilinə baxış zamanı avtomobilin yanacaq çə­nin­də gizlədilmiş şəkildə ümumi sayı 36402 ədəd olan 53 qutu “Superblitz” və 60 qutu “Petards” pirotexniki vasitə aşkar olun­muş­dur.

Qeyd edilən faktlar üzrə müvafiq təd­bir­lər həyata keçirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw