29.06.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti sərhəd su­la­rında etibarlı sərhəd mühafizəsinin, neft-qaz hasilatı və daşınması infras­trukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

DSX Sahil Mühafizəsinin üzmə vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində adalara və qayalıqlara baxış keçirilər­kən sahildən 13,9 km məsafədə Xəzər-Zirə adası­nın şimalındakı daşlıq ərazidə 1 ədəd köhnə dəniz minası aşkarlanmış, ərazi dərhal mühafizəyə götürül­müşdür.

Mühəndis-istehkam mütəxəssisləri tərəfindən mina aşkarlanmış əraziyə ba­xış keçiril­miş, mərminin dəniz minası olması təsdiqlənmiş, daşın­masının təh­lükəli olması səbəbindən yerində zərərsizləşdirilməsinin zəruriliyi barədə rəy veril­­mişdir.

Mina aşkarlanmış ərazidən bir neçə kilometr ətrafda infrastruktur obyekt­lərinin mövcudluğu nəzərə alınmaqla, dəniz mina­sı­nın aşkar olunduğu yerdə təhlükəsizlik tələblərinə uyğun partladılması barədə qərar qəbul olun­muşdur.

28 iyun tarixində dəniz minası partladılma yolu ilə zərərsizləşdirilmişdir.  

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80