+
-
18.05.2018
18.05.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

2018-ci ilin 17 may tarixində DSX əməkdaşlarının sayıq­lığı sayəsində dövlət sərhədinin pozulmasının qarşısı alınmışdır.

Belə ki, həmin tarixdə saat 18:50 radələrində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində Azər­bay­can Respublikasından İran İslam Res­publikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər şəxs sərhəd naryadı tərəfindən saxlanıl­mış­­dır.

Sərhəd pozucusunun tutulduğu əraziyə ba­xış keçirilərkən 1 qu­tuda “Şotland pişik cinsi”nə aid 10 baş pişik balası aşkar olun­­muşdur.

Sərhəd pozucusunun İran İslam Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü Kakavənd Mima Fərhad olması, pişik bala­larını satış məqsədilə İran İslam Respublikasına qaçaqmal yolu ilə aparmaq istəməsi müəy­yən edilmişdir.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw