10.05.2018- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Aprel ayının 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüv­vələrin Ali Baş Komandanı cənab İlham Əliyevin baxış keçirdiyi Dövlət Sər­həd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilmiş S-205 nömrəli  "Tufan" tipli sərhəd gözətçi gəmisi may ayının 10-da Xəzər dənizinə endirilmiş və xidməti-döyüş fəaliyyətinə başlamışdır.

Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz ha­sılatı və daşın­ması infrastrukturunun etibarlı mühafizəsinin təşkili üzrə mü­hüm vəzifələri yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin xidməti-döyüş imkanlarının gücləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Bu tədbirin Azərbaycan Respublikası Dövlət Sərhəd Xid­mə­tinin yara­dı­cısı, Azər­baycan sərhəd mühafizəsi strategiyasının müəllifi Dahi Ön­dər Hey­dər Əli­yevin 95 illik yu­bileyinə təsadüf etməsi bu günü daha da əla­mətdar etmişdir.

Heydər Əliyev dövlətçiliyinə hər zaman sadiq olan, Azərbaycan Res­pub­­likasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında hər bir döyüş tapşırığını böyük şərəflə yerinə yetirməyə hazır olan Azər­bay­can sərhədçiləri tərəfindən yeni sərhəd-gözətçi gəmisinin xidməti-döyüş fəaliyyətinə başlaması­ böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.  

 

  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80